Almaniya Futbol Federasiyasından Məsut Özilə cavab

Almaniya Futbol Federasiyasından Məsut Özilə cavab
DÜNYA FUTBOLU 23 İyul 2018 / 18:36 9811
-  A +

Almaniya Futbol Federasiyası dünən millidəki karyerasını bitirdiyi açıqlayan Məsut Özilin qərarına münasibət bildirib.

Qol.az-ın federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, qurum yaydığı bəyanatda türk əsilli futbolçunun irqçiliklə bağlı ittihamlarına da cavab verib:

"Məsut Özil Almaniya forması ilə 92 oyun keçirib. DÇ-2014-ü qazanmağımızda böyük pay sahibidir. Buna görə də göstərdiyi performans üçün ona minnətdarıq. Ancaq federasiyanın adının irqçiliklə əlaqələndirilməsini qəbul etmirik. Məsut Özil milli komandadakı çıxışına davam etsəydi, sevinərdik. Amma qərarına da hörmətlə yanaşırıq".

Qeyd edək ki, Özil dünən "Twitter" hesabı vasitəsilə verdiyi açıqlamada Almaniya ictimaiyyətini ona qarşı irqçi münasibət bəsləməkdə günahlandırmışdı.


Son xəbərlər