"Barselona" Minanı "Everton"a satır

"Barselona" Minanı "Everton"a satır
XƏBƏR 23 İyul 2018 / 13:04 3509
-  A +

“Barselona”nın futbolçusu Yerri Mina “Everton”a keçir.

Qol.az-ın “Goal.com”a istinadən yaydığı xəbərə görə, klublar arasında razılıq əldə olunub. İngiltərə təmsilçisi kolumbiyalı müdafiəçi üçün Kataloniya klubuna 17 milyon avro ödəyəcək.

Qeyd edək ki, 23 yaşlı futbolçu bu ilin yanvar ayından “Barselona”da çıxış edir. O, bu müddət ərzində 5 La Liqa oyununa çıxıb. Mina son dünya çempionatında Kolumbiya millisinin heyətində 3 oyuna 3 qol vurub.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki