"Çelsi" Villianla bağlı qərarını verdi – Qolovin gəlsə...

"Çelsi" Villianla bağlı qərarını verdi – Qolovin gəlsə...
XƏBƏR 22 İyul 2018 / 21:11 6909
-  A +

“Çelsi” yarımmüdafiəçisi Villianla bağlı qərarını verib.

Qol.az-ın “Mundo Deportivio” nəşrinə istinadən yaydığı xəbərə görə, London klubu Rusiya millisi və MOİK-in üzvü Aleksandr Qolovini heyətinə qatsa, braziliyalı futbolçunu transferə çıxaracaq. 22 yaşlı oyunçunu “Monako” da almaq istəyir.

Villian isə 2 klubun maraq dairəsindədir. Həm “Barselona”, həm də “Mançester Yunayted” 29 yaşlı yarımmüdafiəçini heyətində görmək istəyir. Hətta Kataloniya klubu braziliyalı üçün “Çelsi”yə 72 milyon dollarlıq təklif də göndərib.

Qeyd edək ki, ötən mövsüm “Çelsi”nin heyətində İngiltərə Premyer Liqasında 36 oyuna çıxan Villian 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı