"Real"dan getmək istəyir

"Real"dan getmək istəyir
XƏBƏR 22 İyul 2018 / 18:21 5585
-  A +

"Real"”ın yarımmüdafiəçisi Mateo Kovaçiç “kral klubu"nda qalmaq istəmir.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, xorvatiyalı futbolçu artıq bu istəyini Xulen Lopeteqiyə çatdırıb. İki gün öncə baş məşqçiylə klubun bazasında görüşən 24 yaşlı oyunçu ona komandasını dəyişmək istədiyini bildirib. Kovaçiç Lopeteqidən onu transferə çıxarmasını xahiş edib. Baş məşqçi futbolçunu fikrindən daşındırmağa çalışsa da, alınmayıb.

Qeyd edək ki, Kovaçiç “Real”a 2015-ci ildə “İnter”dən transfer olunub.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı