“Qarabağ”la müqaviləsinin müddəti açıqlandı

“Qarabağ”la müqaviləsinin müddəti açıqlandı
ÖLKƏ FUTBOLU 22 İyul 2018 / 15:44 11971
-  A +

Fransa mətbuatı “Qarabağ”a transfer olunacağı gözlənilən Con Delarjla imzalanacaq müqavilənin müddəti barədə xəbər yayıb.

Qol.az-ın xəbərinə görə, “football365” saytı konqolu hücumameylli yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanacağını yazıb. Müqavilənin “Kukesi” ilə Çempionlar Liqasının iyulun 25-də keçiriləcək ilk matçına qədər rəsmən imzalanacağı, onun adının həmin oyunun iştirakçıları sırasına daxil ediləcəyi qeyd edilib.

“Qarabağ” klubundan Con Delarjla danışıqlar apardıqlarını təsdiqəsələr də, hələlik rəsmi müqavilə imzalanmadığı bildirilib.

Qeyd edək ki, 2012-ci ildən Konqo yığmasının formasını geyinən Con Delarjın son klubu Türkiyə “Bursaspor”u olub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı