“Məqsəd “Qarabağ”ı keçməkdir”

“Məqsəd “Qarabağ”ı keçməkdir”
XƏBƏR 22 İyul 2018 / 13:48 5976
-  A +

Çempionlar Liqasıın ikinci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi - Albaniyanın “Kukesi” klubunun müdafiəçisi Simon Rrumbullaku qarşıdakı oyunlarla bağlı fikirlərini açıqlayıb.

Qol.az-ın xəbərinə görə, ölkəsinin mətbuatına danışan futbolçu qeyd edib ki, “Qarabağ” kimi yüksək səviyyəli komanda ilə qarşılaşmaq yaxşıdır: “Qarabağ” güclü komanda olsa da, məqsədimiz mərhələ adlamaqdır”.

O bildirib ki, "Qarabağ" Avropanın tanınmış klublarındandır: "Belə rəqibə qarşı psixoloji cəhətdən daha yaxşı hazırlaşa bilirsən. Bundan əvvəlki rəqibimiz Malta “Valletta”sı bizə rəqib olanda onları asanlıqla keçəcəyimizi düşünürdük. Ancaq belə olmadı. Bizi çox ağır oyunlar gözləyir. Çünki “Qarabağ” çox güclüdür. Buna baxmayaraq, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Qarabağ”la “Kukesi” arasında ilk oyun iyulun 25-də Albaniyada, cavab qarşılaşması avqustun 1-i Bakıda keçiriləcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord