“Qarabağ” 200 min dollara hücumçu alır - Türkiyə mətbuatı

“Qarabağ” 200 min dollara hücumçu alır - Türkiyə mətbuatı
ÖLKƏ FUTBOLU 22 İyul 2018 / 01:37 12337
-  A +

"Bursaspor"un hücumçusu Dzon Delarge futbolçu karyerasını "Qarabağ"da davam etdirə bilər.

Qol.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.  26 yaşlı konqolu oyunçunun Ağdam klubuna transfer olunacağı iddia edilib. Bu transfer üçün "Qarabağ"ın 200 min dollar təzminat ödəyəcəyi bildirilib. Onun yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı vurğulanıb.

Qeyd edək ki, "Bursaspor"un baş məşqçisi Samet Aybaba D.Delargenin meydandakı oyunundan çox, şəxsi həyatı ilə gündəmə gəlməsindən narahat olduğu hücumçunun adını təlim-məşq toplanışı üçün heyətə daxil etməyib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı