"Çox ciddi çalışırıq" - millimizin baş məşqçisi

"Çox ciddi çalışırıq" - millimizin baş məşqçisi
XƏBƏR 22 İyul 2018 / 01:02 2575
-  A +

“Futbolçularımı növbəti qələbə münasibəti ilə təbrik edirəm. Onlar oyunda verilən tapşırığı maksimum yerinə yetirdilər. Proqrama əsasən, Avropa çempionatının seçmə mərhələsi öncəsi bu təlim-məşq toplanışında işimizin böyük qismini görməliyik. Əsas məqam odur ki, komanda şəklində heç bir boşluq buraxmadan səylə, çox ciddi çalışırıq".

Qol.az-ın məlumatına görə, bu sözləri U-19 millimizin baş məşqçisi Vüqar Məmməd  “Qəbələ”nin əvəzedici heyətinə 3:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra AFFA-nın saytına açıqlamasında deyib.

"Futbolçulardan Kamran Quliyevə klubunun xahişi ilə icazə verdik və o, oyundan sonra düşərgədən ayrıldı. Ona komandasında uğurlar arzu edirəm. Futbolçular istər milli komandanın düşərgəsində, istər öz komandalarında olsun, daim diqqətimizdə olacaqlar. Növbəti çətin oyunlara hazırlaşacağıq” - deyə o bildirib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord