"Sabah"dan növbəti heç-heçə

"Sabah"dan növbəti heç-heçə
XƏBƏR 21 İyul 2018 / 22:05 2681
-  A +

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah”  bu gün növbəti yoxlama oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Topaz Premyer Liqanın debütantı  qardaş ölkənin birinci liqa təmsilçisi “Osmanlıspor”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.  "Sabah"ın qolunu 13-cü dəqiqədə Tural Qürbətov vurub.

"Osmanlıspor" - "Sabah" - 1:1

Xatırladaq ki, komanda Bolu toplanışı çərçivəsində keçirdiyi ilk oyunda “Giresunspor”la 1:1 hesablı heç-heçə etmişdi.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı