"Proqres"dən 5 dəfə üstün oynadıq" - Təmkin Xəlilzadə

"Proqres"dən 5 dəfə üstün oynadıq" -  Təmkin Xəlilzadə
ÖLKƏ FUTBOLU 21 İyul 2018 / 16:20 2977
-  A +

"Qəbələ"nin müdafiəçisi Təmkin Xəlilzadə Qol.az-a müsahibəsində Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Proqres"lə keçirilən cavab oyunu barədə danışıb.

- Əvvəlcə oyunla bağılı fikirlərini öyrənək. Mərhələni niyə keçə bilmədiniz?

- Oyuna çox yaxşı hazırlaşmışdıq. Yaxşı da başladıq. Lazım olan qolu da vurduq. 90 dəqiqə rəqibdən 5 dəfə üstün oynadıq, amma ikinci qolu vura bilmədik.

- İnfrastrukturuna, ev oyunlarını keçirdiyi stadiona əsasən demək olar ki, "Proqres" məhəllə komandasını xatırladır. Belə bir rəqibi keçə bilməməyinizə görə pis olursunuzmu?

- Əlbəttə, pis oluruq. Belə bir komandaya uduzmağımız yəqin ki, uzun müddət yadımızdan çıxmayacaq. Amma nə etmək olar? Bu, futboldur. Taleyimizlə barışlamıyıq.

- Qırmızı vərəqə aldığın epizodla bağlı nə deyə bilərsən?

- Oyunun ikinci hissəsində rəqib komanda topu istədiyi yerə vururdu.  Məsələn, hakim qapıdan zərb verib, gedirik topu götürməyə, onlar vururdu qırağa. Hakim də bunların hamısına göz yumurdu.  Epizodların birində topu yax xəttdən atma getdim, rəqiib yenə topu qırağa atdı. Mən də onu itələdim. Hakim də buna görə mənə birbaşa qırmızı vərəqə göstərdir.

- Haqlı qərar idi?

- Epizoda baxmamışam, amma məncə, sarı vərəqə da vermək olardı. Ümumiyyətlə, hakim oyunu bərbad şəkildə idarə etdi.

- Turu keçə bilməməyinizdə bunun da rolu oldumu?

- Yox, ele demezdim. Amma hakim futbol oynamağa imkan vermirdi. Yerli-yersiz oyunu saxlayırdı. Matçın tempini çox aşağı salırdı.

- Avroliqaya bele erken vida edəcəyinizi gözləyirdiniz?

- Xeyr.

- Bundan sonra əsas diqqətinizi çempionata yönəldəcəksiniz. Bu mövsüm üçün qarşıya qoyduğunuz əsas hədəfiniz nədir?

- Hədəfimiz yenə eynidir, dəyişən bir şey yoxdur. Yenə ən yüksək yerlər uğrunda mübarizə aparacağıq.

Elnur SALAHOV

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı