"Yeni transferlərimiz hələ hazır deyil" - Ayxan Abbasov

"Yeni transferlərimiz hələ hazır deyil" -  Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 21 İyul 2018 / 01:21 2085
-  A +

“Məqsədimiz o idi ki, futbolçularımız 90 dəqiqə meydanda hərəkətdə olsunlar. İstədiyimizi gördük, çoxlu qol epizodları yaratdıq”.

Qol.az-ın məluumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov  Türkiyə toplanışı çərçivəsində Qətərin "Əl-Xaritiyah" klubu ilə keçirilən yoxlama oyunu haqda danışarkən deyib.

O, klubun mətbuat xidmətinə açıqlamasında 1:1 hesaı ilə başa çatan matç şərh edib: “Səhvlərimiz oldu. Bu da futbolçularımızın yorğunluğundan irəli gəlir. Amma ümumilikdə hər şey normal keçdi. Bu qarşılaşmada gənc futbolçulara da şans verdik. Yeni transferlərimizi də son 15 dəqiqədə meydana buraxdıq. Onlar hələ tam hazır deyil, vaxt lazımdır. Komandamız üçün yaxşı oyun oldu. Növbəti qarşılaşmalarda bu oyundakı səhvləri buraxmamağa çalışacağıq”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı