Saşa Stamenkoviç rəsmən "Sabah"da

Saşa Stamenkoviç rəsmən "Sabah"da
XƏBƏR 21 İyul 2018 / 01:00 4657
-  A +

“Sabah” daha bir oyunçu ilə münasibətlərini rəsmiləşdirib.

Qol.az-ın klubun feysbuk səhifəsinə istinadən yaydığı xəbərə örə, serbiyalı qapıçı Saşa Stamenkoviçlə 1 illik müqavilə bağlanıb. 33 yaşlı qolkiper 30 nömrəli futbolkada çıxış edəcək.

Qeyd edək ki, Saşa karyerası ərzində Serbiyanın “Radniçki 1932”, “Napredak”, “Srvena Zvezda”, Qazaxıstanın “Okjetpes” klublarında çıxış edib. O, 2011-2015-ci illər aralığında ölkəmizdə “Neftçi”nin şərəfini qoruyub.

Son xəbərlər