“Qarabağ”ın rəqibi qapıçısı ilə yollarını ayırdı

“Qarabağ”ın rəqibi qapıçısı ilə yollarını ayırdı
XƏBƏR 20 İyul 2018 / 18:46 3448
-  A +

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Kukesi” qapıçısı Enea Koliçi ilə vidalaşıb.

Qol.az-ın Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 32 yaşlı qolkiper şəxsi məsələlərə görə komandadan ayrılıb. Ailəsi Yunanıstanda yaşayan Koliçi bu ölkədə çıxış etmək istəyir. Onun Smirni “Apollon”una keçəcəyi gözlənilir.

Qeyd edək ki, “Qarabağ”la “Kukesi” arasında ilk oyun iyulun 25-də Şkoderdə, cavab matçı isə avqustun 1-də Bakıda keçiriləcək. Hər iki qarşılaşmanın başlama saatı 21:00-dır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı