"Səbail" Türkiyə klubu ilə qarşılaşacaq

"Səbail" Türkiyə klubu ilə qarşılaşacaq
XƏBƏR 20 İyul 2018 / 18:31 1065
-  A +

İyulun 9-dan etibarən Türkiyənin Ankara şəhərində mövsümlərarası fasilədə təlim-məşq toplanışında olan “Səbail”in daha bir rəqibi məlum olub.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, paytaxt təmsilçisi  iyulun 22-də Ankarada “Kızılcahamam İlçe Genclik sahəsi”nin meydançasında yerli “İstanbulspor” komandası ilə yoldaşlıq oyunu keçirəcək. Oyun yerli vaxtla 17:00-da başlayacaq.

Qeyd edək ki, “Səbail” Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə yerli komanda “Gənclərbirliyi”nə 0:3 məğlub olub, ikinci oyunda Qətərin “Əl Şəhaniyə” komandası ilə heç-heçə edib 2:2, üçüncü oyunda isə “Sivasspor”a 1:2 hesabı ilə məğlub olub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı