“İndi Aqolli ilə danışmaq qeyri-peşəkarlıq olar” – “Kukesi”nin baş məşqçisi

“İndi Aqolli ilə danışmaq qeyri-peşəkarlıq olar” –  “Kukesi”nin baş məşqçisi
GÜNDƏM 20 İyul 2018 / 15:38 6407
-  A +

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Kukesi”nin baş məşqçisi Armando Kunqu Albaniya mətbuatına müsahibə verib.
 
Qol.az-ın məlumatına görə, komandasının növbəti mərhələ şanslarını dəyərləndirən mütəxəssis Ağdam klubunun heyətində çıxış edən həmyerlisi Ansi Aqolli ilə qarşılaşmağı səbirsizliklə gözlədiyini bildirib.

- Seçim şansınız olsaydı, “Qarabağ” və “Olimpiya”dan hansı ilə qarşılaşmaq istərdiniz?

- Mənim üçün rəqibin kimliyi önəmli deyil. Çünki Çempionlar Liqasında irəliyə getdikcə vəziyyət çətinləşir, daha güclü komandalarla qarşılaşırsan. Bakıdakı oyun da göstərdi ki, “Qarabağ” və “Olimpiya” demək olar, bərabər səviyyəli komandalardır.

- Sizcə, “Kukesi”nin “Qarabağ”ı məğlub edib növbəti mərhələyə adlamaq şansı var?

- Real danışsaq, “Qarabağ” kimi rəqiblə qarşılaşacağımıza hələ də inanmırıq. Bu komanda son vaxtlar müntəzəm olaraq, hər il Çempionlar Liqasında iştirak edir. Hətta ötən il qrup mərhələsinə də vəsiqə qazanıblar. Bu, o deməkdir ki, bizə çox çətin olacaq. Amma bacardığımız qədər mümkün olan hər şeyi edəcəyik. Bütün variantları yoxlayacağıq, futbolda nəyin necə olacağı bilinmir.

- Albaniya millisinin sabiq kapitanı Ansi Aqolli artıq 8 ildir “Qarabağ”da çıxış edir. Bu yaxınlarda onunla danışacaqsınız?

- Onunla danışacağımı düşünmürəm. Aqollini tanıyıram, ona həm insan, həm də idmançı kimi böyük hörmətim var. Amma onunla müzakirə edəsi heç nəyim yoxdur. Onunla danışmaq qeyri-peşəkarlıq olar. Aqolli digər komandanın üzvüdür və peşəkar futbolçudur. Bu səbəbdən mənə onunla danışmaq lazım deyil. Sadəcə, onu Albaniyada mehribancasına qarşılayacam. Hamısı bu qədər.

- Necə düşünürsünüz, “Qarabağ”la oyunlar üçün komandada dəyişiklik etməyə ehtiyac var?

- Əvvəlcə mən rəqib komandanı diqqətlə izləyəcəyəm, sonra hərəkət edəcəyəm. Hər bir məşqçinin beynində başqa planlar və imkanlar olur. Mən də digər variantları nəzərdən keçirəcəyəm. Rəqibdən və əlimizdəki imkanlardan asılı olaraq, düşünürəm ki, bu oyun üçün ən yaxşı sistemi seçəcəyik. Çünki növbəti mərhələyə keçmək üçün bütün bacarığımızı ortaya qoymalıyıq.

Daha çox


Son xəbərlər