Konte "Çelsi"ni məhkəməyə verdi – gec qovulduğu üçün

Konte "Çelsi"ni məhkəməyə verdi – gec qovulduğu üçün
XƏBƏR 20 İyul 2018 / 14:24 3771
-  A +

Bir neçə gün öncə “Çelsi”dən qovulan Antonio Konte London klubunun rəhbərliyindən narazıdır.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, italiya mütəxəssis gec istefaya göndərildiyi üçün məyus olub. Məşqçinin vəkilləri hesab edirlər ki, o, məhz bu səbəbə görə növbəti mövsümdə işsiz qalacaq. Kontenin bu məsələylə bağlı məhkəməyə müraciət edib, vaxtından əvvəl istefaya göndərildiyi üçün ona ödənilməli olan 9 milyon funt-sterlinq təzminat məbləğinin tam verilməsini tələb etdiyi iddia olunur.

“Çelsi” tərəfinin isə Kontenin rəhbərliklə bağlı səsləndirdiyi tənqidi fikirlərdən məhkəmədə əks-arqument kimi istifadə edəcəyi gözlənilir.

Qeyd edək ki, “Çelsi” Konteni onun həmyerlisi Mauritsio Sarri ilə əvəz edib.


Son xəbərlər