"Albaniyaya gedəcəyim üçün anam çox xoşbəxtdir" - Aqolli

"Albaniyaya gedəcəyim üçün anam çox xoşbəxtdir" -  Aqolli
XƏBƏR 20 İyul 2018 / 13:28 5265
-  A +

"Albaniyaya təxminən 10 ildən sonra klub səviyyəsində tunirdə oynamaq üçün qayıdacam. Hesab edirəm ki, bu mərhələdə asan komanda  yoxdur".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Ansi Aqolli deyib.

Albaniyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaqları "Kukesi" haqda danışıb. Təcrübəli futbolçu Albaniya klubunun gücünə bələd olduğunu bildirib: 

"Çempionlar Liqasının seçmə oyunları fərqli bir xüsusiyyətə malikdir. Milli çempionat oyunları kimi deyil. İki oyun - 180 dəqiqə maksimum diqqətli olmalısan ki, mümkün qədər az səhv edəsən. "Kukesi" mərhələləri keçmək təcrübəsi olan bir komandadır. Üç il əvvəl bu turnirdə etdiklərini xatırlayıram. Onlar pley-offa yüksəlmişdilər".

Aqolli Albaniya səfəri öncəsi ölkəsindən yalnız anası ilə danışdığını əlavə edib: "Heç kimlə danışmamamışam. Əlaqə saxladığım bircə anamdır. Hansı ki, Albaniyaya gedəcəyim üçün çox xoşbəxtdir".

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı