"Aqolli "Qarabağ"ın rəqibi haqda çox şeyi bilir" – Elvin Beqiri

"Aqolli "Qarabağ"ın rəqibi haqda çox şeyi bilir" – Elvin Beqiri
ÖLKƏ FUTBOLU 19 İyul 2018 / 16:58 5413
-  A +

“Xəzər Lənkəran”ın sabiq futbolçusu Elvin Beqiri Qol.az-a müsahibə verib. Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın “Kukesi”yə rəqib olmasından danışan albaniyalı veteran müdafiəçi maraqlı məqamlara toxunub.

- Albaniya təmsilçisi “Kukesi” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq. Bu oyunlardan nə gözləyirsiniz?

- Düşünürəm, “Qarabağ” daha yaxşı komandadır. Çünki bir neçə ildir avrokubokların qrup mərhələsində çıxış edir. Ona görə də növbəti tura çıxmaq üçün imkanları daha genişdir. Eyni zamanda, “Kukesi” də pis komanda deyil. Hər il təsnifat mərhələsində oynayır.Səhv eləmirəmsə, 5 il öncə pley-offa qədər getmişdilər. Məncə, hər iki komandanın ifasında maraqlı oyunun şahidi olacağıq.

- Yəni deyirsiniz ki, “Qarabağ” cütün favoritidir?

- Əlbəttə, “Qarabağ”ın şansı daha böyükdür. Ancaq bu, futboldur. Hər şey “Kukesi” üçün də mümkündür. Mərhələni keçmək istəyirlərsə, evdə qol buraxmamalıdırlar.

- 2 il Azərbaycan çempionatında oynamısınız. “Qarabağ”ı da az-çox tanıyırsınız, oyun üslubuna bələdsiniz. Əgər “Kukesi”dən kimsə sizdən Ağdam klubu haqda məlumat almaq istəsə, bütün sirrləri açacaqsınız?

- (Gülür). “Qarabağ”da mənim dostum Ansi Aqolli oynayır. O, “Kukesi” haqda daha çox şey bilir. Amma düşünmürəm ki, “Kukesi”nin mənim köməyimə ehtiyacı olsun. Çünki o vaxtdan bu yana “Qarabağ”da çox şey dəyişib.

- Ansi Aqolli ilə dost olduğunuzu dediniz. Əlaqə saxlayırsınız?

- Əlbəttə. Fürsət düşdükcə danışırıq.

- Komandalar arasında ilk oyun Albaniyada olacaq. Matçı stadiondan izləyəcəksiniz?
Mütləq. Oyuna baxmaq üçün stadiona gedəcəm.

- Maraqlıdır, kimə azarkeşlik edəcəksiniz: “Kukesi”yə, yoxsa Aqolliyə?
İstərdim ki, Aqolli bu matçda yaxşı oynasın, qələbəni isə “Kukesi” qazansın (gülür).

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı