"Qarabağ"ın favorit olduğunu bilirdik" - "Olimpiya"nın futbolçusu

"Qarabağ"ın favorit olduğunu bilirdik" - "Olimpiya"nın futbolçusu
XƏBƏR 19 İyul 2018 / 14:15 3084
-  A +

"Oyuna yaxşı başladıq. Qol vurmaq üçün iki imkanımız oldu, amma təəssüf ki, bundan yararlana bilmədik. "Qarabağ" kimi yaxşı təşkil olunmuş komandalara qarşı oyunda imkanlardan istifadə etmək lazımdır. Çünk belə fürsətlər az olur".

Qol.az-ın məlumatına görə, bu sözləri "Olimpiya"nın futbolçusu Aris Zarifoviç Çempionlar Liqasının birinci təsnifat mərhələsində səfərdə "Qarabağ"la heç-heçə (0:0) etdikləri oyun barədə yerli mətbuata danışarkən deyib.

Ağdam klubu ilə görüşdə kapitanlıq sarğısını taxan 30 yaşlı müdafiəçi daha sonra söyləyib: "Biz rəqibin favorit olduğunu bilirdik. Ancaq onların çox güclü olmadığını da  bilirdik. Azərbaycandakı oyundan sonra Avropa Liqasındakı rəqibimizi gözləmək məcburiyyətindəyik".


Son xəbərlər