"Qarabağ" və "Legiya"nın qarşılaşmağını istəmirəm" - Jezniçak

"Qarabağ" və "Legiya"nın qarşılaşmağını istəmirəm" - Jezniçak
ÖLKƏ FUTBOLU 19 İyul 2018 / 13:50 5168
-  A +

“Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak Çempionlar Liqasının təsnifat mərhələlərində sabiq klubu “Legiya” ilə qarşılaşmaq istəmir.

Qol.az-ın xəbərinə görə, polşalı futbolçu bu barədə ölkəsinin mətbuatına açıqlamasında məlumat verib. O bildirib ki, hər iki komandanın qruplara qalması üçün təsnifat mərhələsində üz-üzə gəlmələrini istəmir:

“Gəlin, təsnifat mərhələsində bu iki komandanı qarşıladırmayaq (gülür). Qoy, hər ikisi Çempionlar Liqasının qrup mərhələsinə yüksəlsin”.

Qeyd edək ki, Jezniçak 2004-2005 və 2008-2017-ci illərdə "Legiya"nın formasını geyinib.

Xatırladaq ki, “Qarabağ” ikinci təsnifat mərhələsində Albaniya “Kukesi”si ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər