Klublarlarımızın UEFA reytinqindəki mövqeyi açıqlandı

Klublarlarımızın UEFA reytinqindəki mövqeyi açıqlandı
XƏBƏR 19 İyul 2018 / 12:00 4434
-  A +

Çempionlar Liqasının I təsnifat mərhələsi başa çatdıqdan sonra UEFA-nın klub reytinqi açıqlanıb.

Qol.az-ın məlumatına görə, klublarımızdan "Qarabağ"ın mövqeyi dəyişməz qalıb. Mərhələ adlamaqla xalını  0.500 artıraraq 21.000-ə yüksəldən Ağdam klubu 64-cü pillədədir. Qarabağ”ın ən yaxın izləyiciləri "İnter" (20.000), "Selta" (19.000), "Qalatasaray", Vyana "Rapid"i, "Leyptsiq" (hamısı 18.500), "Valensiya"dır (18.000).

Azərbaycanın digər klubu "Qəbələ" 6.250 xalla 156-cı pillələdədir.  "Keşlə", "Neftçi", "Kəpəz" və "Zirə" isə  3.450 xalla 255-ci yerə şərikdir.


Son xəbərlər