"Neftçi"dən Avroliqaya biabırçı vida

"Neftçi"dən Avroliqaya biabırçı vida
ÖLKƏ FUTBOLU 20 İyul 2018 / 00:48 19164
-  A +

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Qol.az-ın xəbərinə görə, təmsilçimiz “Neftçi” də cavab matçına çıxıb.

“Ağ-qaralar” Macarıstanda “Uypeşt”in qonağı olub. Bakıda keçirilən ilk görüşdə 3:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi bu üstünlüyünü qorumağa çalışsa da, istəyinə çata bilməyib. Təmsilçimizin qapısından 4 cavabsız qol keçirən "Uypeşt" mərhələ adlayan tərəf olub.

Macarıstan təmsilçisi 2-ci təsnifat  mərhələsində İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq.

“Uypeşt” (Macarıstan) – “Neftçi” (Azərbaycan) - 4:0
Qollar:
Litauski, 19, Sankoviç, 21, Zsoter, 50, Nvobodo, 65
İlk oyun – 1:3
Baş hakim: İoannis Papadopulos (Yunanıstan)
Budapeşt. Şuşa Ferens stadionu

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı