"Qəbələ" Avroliqada mübarizəni dayandırdı

"Qəbələ" Avroliqada mübarizəni dayandırdı
ÖLKƏ FUTBOLU 19 İyul 2018 / 23:22 16306
-  A +

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Qol.az-ın xəbərinə görə, təmsilçilərimizdən “Qəbələ” də mərhələnin cavab oyununa çıxıb.

Sənan Qurbanovun komandası Lüksemburqda “Proqres”in qonağı olub. Qəbələdə keçirilən ilk görüşdə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” bu məğlubiyyətin əvəzini çıxmağa və mərhələni adlamağa çalışıb. "Qəbələ" 1:0 hesablı qələbə qazansa da, bu nəticə təmsilçimizin mərhələ adlaması üçün kifayət etməyib. Beləliklə, "Keşlə"nin ardından "Qəbələ" də Avroliqa ilə erkən vidalaşıb.



19 iyul


Avropa Liqası

1-ci təsnifat mərəhləsinin cavab oyunu


21:30.“Proqres” (Lüksemburq) – “Qəbələ” (Azərbaycan) - 0:1
Qol:
Monroz, 28
Qırmızı vərəqə: Təmkin Xəlilzadə, 79 ("Qəbələ")
İlk oyun – 2:0
Baş hakim
: Keyt Kennedi (Şimali İrlandiya)
Differdanj. Şəhər Munisipal stadionu

 

Daha çox


Son xəbərlər