“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Sloveniya çempionu “Olimpiya”ya qarşı keçirdikləri cavab oyunundan (0:0) sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Öncə futbolçuları təbrik edirəm. Sona qədər mübarizə apardılar. Alqışa layiq idilər. Çox yaxşı komandaya qarşı oynayırdıq. Sonda qalibiyyət bizim oldu, mərhələni keçən biz olduq. Azarkeşlərə bizi dəstəklədikləri üçün təşəkkür edirəm. Bundan sonra çətin oyunlar bizi gözləyir. Hər rəqibə qarşı ciddi hazırlaşacağıq. Və hər bir halda biz hazır olmalıyıq. Futbolçular oyun haqqında daha çox düşünməlidilər.
- Dani Kintananın durumu nə yerdədir?
- Daninin zədəsi ola bilsin ki, ciddidi. Əzələ dartılmasıdır. Sabah müayinədən sonra dəqiq bilinəcək.
- Növbəti turdaki rəqib barədə fikirləriniz necədir? Albaniya çempionu “Kukesi” ilə qarşılaşacaqsınız…
- “Kukesi"nin oyunlarını izləməmişəm. Onların gücünü bilirik. Qarşıda bizi çətin oyun gözləyir, daha ciddi hazırlaşmalıyıq.
- Rəqib komandanızı çox yordu. Bu yorğunluğun səbəbi hücumçu çatışmazlığı ola bilərmi?
- Bəli, çox yorulduq. Belə oyunlar futbolçuya böyük fayda verir. Onların gücü, ciddiliyi belə matçlarda daha yaxşı görünür. Bütün mövqelərdən, o cümlədən hücumdan razı qaldım. Hücum xətti bir oyunçudan ibarət olmur. Cinahdakılar da həm asisst, həm qol bacarığına malik olmalıdılar. Bəli, bəzi məqamlarda son nöqtəni qoya bilmədik. Amma komandadan razı qaldım. Hücumçu axtarışlarımız davam edir. Hər xətdə oyunçu sayının çox olmasını istərdim.
- "Kukesi" həm bizim, həm sizin üçün sirrli rəqibdir. Bir zamanlar Rauf Əliyev orda çıxış edib. Ondan hər hansı məsləhətlər alacaqsızmı?
- Niyə də yox? Müraciət edə bilərik. Düşünürəm ki, 2-3 gün içərisində rəqib haqda məlumat toplayacağıq.
- Elə hiss olunurdu ki, siz "Qarabağ"ın oyun üslubunu dəyişmisiniz, komanda daha çox müdafiəyə yönəlik oyun sərgiləyir.
- Yenə də deyirəm, rəqib çətin komanda idi və onlara qarşı belə oynamalı olduq. Hər rəqibə qarşı fərqli oyun üslubu ilə çıxırıq. Bu gün futbol bunu tələb edir. Qalib gəlmək istəyirsinizsə, rəqibin oyun üslubuna görə oynamalısınız.
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"
Bu mövsümün sonunda "Çelsi"dən ayrılacaq
Azərbaycan şahmatçısından maksimum nəticə
Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir
"İnter"in çempion olduğu Milan derbisi - Video
"Fənərbaxça" Sivasda büdrədi - Video
La Liqada 32-ci tur yekunlaşdı
“İnter” çempionluğunu rəsmiləşdirdi
"Roma" öz meydanında uduzdu - Video
Diniyev - Şeydayev qarşıdurmasında kim sevindi?
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu