“Yuventus” Qodinlə razılaşdı

“Yuventus” Qodinlə razılaşdı
XƏBƏR 18 İyul 2018 / 17:14 4849
-  A +

Kriştino Ronaldo ilə hücum xəttini gücləndirən “Yuventus” müdafiə xəttini də möhkəmləndirmək istəyir.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Turin klubu “Atletiko”nun futbolçusu Dieqo Qodini transfer etməyə hazırlaşır.

Artıq tərəflər arasında razılı əldə olunduğu bildirilir. Razılığa əsasən Uruqvay millisinin kapitanı “Yuventus”da ilinə 4 milyon avro qazanacaq. İspaniya mətbuatı isə Madrid klubunun Qodinə 20 milyon avro qiymət qoyduğunu yazıb.

Qeyd edək ki, Qodin 2010-cu ildən “Atletiko”da çıxış edir.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı