"Olimpiya"dan növbəti transfer

"Olimpiya"dan növbəti transfer
XƏBƏR 18 İyul 2018 / 15:12 2970
-  A +

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bu gün “Qarabağ”la qarşılaşacaq “Olimpiya” heyətinə yeni futbolçu cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Sloveniya çempionu Polşanın “Termalika” klubunun müdafiəçisi Vitali Maksimenkonu transfer edib.

Latviya millisinin üzvü avrokubokların 2-ci təsnifat mərhələsində komandasına kömək edə bilər.
Maksimenko iyunun  9-da millimizlə keçirilən yoldaşlıq görüşündə Latviya yığmasının heyətində 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiya” oyunu 21:00-da start götürəcək. Komandalar arasındakı ilk görüşdə “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"