“Yaxşı başa düşürəm ki, Riçard iki ay məşq etməyib. O, cəmi 2 həftədir məşqlərə qoşulub”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Sports.kz"a açıqlamasında “Astana”nın baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçı çərçivəsində bu gün “Sutyeska” ilə keçiriləcək görüşdə millimizin üzvü Riçard Almeydanın meydana çıxmaq şansını dəyərlənidirb. “Qəbələ”nin sabiq çalışdırıcısı 29 yaşlı yarımmüdafiəçinin oyuna hazır olmadığını bildirib:
“Ağılla hərəkət etmək lazımdır. Duyğularımızı məntiqə qurban verə bilmərik. Başa düşürük ki, Riçardın oynamağı real deyil. İdmanı aldatmaq çətindir. İdmanda hər şey aydındır, sistem olmalı və işlər düzgün qurulmalıdır. Əgər futbolçu hazır deyilsə, deməli, superfutbolçu deyil və meydana çıxmamalıdır. Buna görə də, səbrlə Riçardın 100 faiz hazır olduğu vaxtı gözləyəcəyik. Hətta biz futbolçunun meydana çıxmasını istəsək belə, o özü başa düşməlidi ki, hazır deyil. Buna görə də Almeydanın meydana çıxması bir qədər gec olacaq”.
Qeyd edək ki, Monteneqrodakı qarşılaşmaya aparılan futbolçular arasında Almeyda da var.
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır