"Mançester Yunayted" iki xorvat oyunçu alır

"Mançester Yunayted" iki xorvat oyunçu alır
XƏBƏR 17 İyul 2018 / 17:33 6069
-  A +

Xorvatiya millisinin iki oyunçusu "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

Qol.az-ın "The Sun"a istinadən yaydığı xəbərə görə, bunlar "İnter"in yarımmüdafiəçisi İvan Perişiç və "Ayntraxt"ın hücumusu Ante Rebiçdir. Hər iki xorvat oyunçunu məhz komandanın baş məşqçisi Joze Mourinyonun istədiyi bildirilib. "MY"nın bu transferlər üçün 92 milyon funt sterlinq (104 milyon avro) ödəməyə hazır olduğu iddia olunub.

Qeyd edək ki, Perişiç DÇ-2018-də 7, Rebiç isə 6 matçda iştirak edib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı