"Əminəm ki, 1 və ya 2 qol vura bilərik” - "Olimpiya"nın kapitanı

"Əminəm ki, 1 və ya 2 qol vura bilərik” - "Olimpiya"nın kapitanı
GÜNDƏM 17 İyul 2018 / 15:20 3121
-  A +

“Kimin oynayacağına baş məşqçi qərar verəcək. Mən bu oyuna hazıram. Kollektivlə birlikdə məşqlərdə iştirak edirəm. Bakıya nə üçün getdiyimizi bilmək önəmlidir".

Qol.az-ın məlumatına görə, bu sözləri Sloveniyanın "Olimpiya" klubunun kapitanı Branko İliç Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi yerli mətbuata deyib.

O,  ilk oyundan əvvəl də yaxşı hazırlaşdıqlarını bildirib: “Qarabağ”la duellərə hazır idik. İlk matçda biz rəqibdən yaxşı idik. Ancaq qəribə qol buraxdıq. Yaxşı oyun keçirmişdik. Həmin görüşü təhlil etmişik. Bakıda daha yaxşı oynayacaq gücümüz var. Əminəm ki, 1 və ya 2 qol vura bilərik”.

Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" görüşü sabah saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər