Ukraynalı futbolçu "Sabah"da - rəsmi

Ukraynalı futbolçu "Sabah"da - rəsmi
GÜNDƏM 17 İyul 2018 / 14:24 3283
-  A +

Topaz Premyer Liqanın debütantı “Sabah” heyətinə yeni futbolçu cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi Vitali Kvaşukla münasibətlərini rəsmiləşdirib. Ukraynalı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Kiyev “Dinamo”sunun yetirməsi olan Kvaşuk, karyerası ərzində Ukraynanın “Metallurq 2” (Donetsk), “Zarya 2” (Luqansk), “Olimpik” (Donetsk), Belarusun “Torpedo” (Jodino), “Vitebsk” və “Neman Qrodno” klublarında oynayıb. Onun son çıxış etdiyi komanda “Neman Qrodno” olub.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi “Sabah”da 7 nömrəli formada çıxış edəcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı