"Barselona"dan Poqba üçün 150 milyonluq təklif - iddia

"Barselona"dan Poqba üçün 150 milyonluq təklif - iddia
DÜNYA FUTBOLU 16 İyul 2018 / 19:05 4816
-  A +

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba "Barselona"ya keçə bilər.

Qol.az-ın "Sport.es" saytına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu Fransa millisinin üzvü üçün mankunyanlara 150 milyon avroluq təklif göndərib. İspanlar Andres İnyesta və Paulinyonun gedişindən sonra yarımmüdafiənin mərkəzində yaranmış boşluğu məhz ulduz futbolçu ilə aradan qaldırmaq istəyirlər.

Ötən mövsümün gedişində “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo ilə arasında bir neçə dəfə fikir ayrılığı yaranan Poqbanın da komandadan getmək istədiyi istisna olunmur. Fransız oyunçunu "Barselona"ya dünyaca tanınmış menecer Mino Rayolanın təklif etdiyi bildirilir.

Qeyd edək ki, bir müddət öncə PSJ-dən Adrien Rabyo və "Ayaks"dan Frenk de Yonqun adı "Barsa" ilə yanaşı hallanırdı.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı