Prezident Əliyevdən dünya çempionatı təbrikləri

Prezident Əliyevdən dünya çempionatı təbrikləri
GÜNDƏM 16 İyul 2018 / 16:38 2744
-  A +

Prezident İlham Əliyev Fransa prezidenti Emmanuel Makrona məktub ünvanlayıb.

Qol.az xəbər verir ki, Əliyev həmkarını Fransanın futbol üzrə dünya çempionu olması münasibəti ilə təbrik edib: “XXI dünya çempionatında Fransa futbolçularının möhtəşəm qələbəsi və dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dünya birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq öz tarixində ikinci dəfə bu yüksək titulu qazanmış və azarkeşlərinə hədsiz sevinc bəxş etmiş Fransa yığmasının bütün üzvlərinə təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar diləyirəm”.

İ.Əliyev həmçinin, çempionatda ikinci yeri tutmuş Xorvatiyanın prezidenti xanım Kolinda Qrabar-Kitaroviçə də məktub göndərib. Təbrik məktubundan deyilir:

“Hörmətli xanım Prezident,

Futbol üzrə XXI dünya çempionatında Xorvatiya yığma komandasının uğurlu çıxış edərək bu mötəbər turnirin gümüş medalını qazanması münasibətilə Sizə və dost Xorvatiya xalqına təbriklərimi yetirirəm.
Dünya birinciliyinin bütün oyunlarında yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək tarixində ən böyük müvəffəqiyyətə nail olmuş Xorvatiya futbolçularını ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram”.

Prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə də təbrik ünvanlayıb. Təbrik məktubunda deyilir: "Sizi və bütün Rusiya xalqını futbol üzrə XXI Dünya Çempionatının uğurla keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dünya çempionatı idmanın bu ən populyar növünün bütün pərəstişkarları, milyonlarla azarkeş üçün həqiqətən unudulmaz idman bayramı oldu. Rusiyada başa çatmış dünya birinciliyi idmanın xalqları yaxınlaşdıran, dostluğu və əməkdaşlığı möhkəmləndirən böyük qüvvə olmasını parlaq şəkildə nümayiş etdirməklə, haqlı olaraq çempionatlar tarixinə bu cür turnirlərin ideal təşkili, hazırlanması və keçirilməsi nümunəsi kimi daxil olacaq".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın