Moksvanın mərkəzindəki lüks restoranlardan birindəyik. İyunun 13-dü. Bu gözəl məkanda bizi “KİA Motors” şirkətinin nümayəndələri qarşılayır. Və elə bu qarşılanma mənim fikrimi bir anlıq da olsa sabah başlanacaq möhtəşəm futbol tədbiri – dünya çempionatının açılışından da, bizim kimi rəsmi ziyafətə qatılan digər qonaqlardan da ayırır.
Son dərəcə səliqəli geyinmiş - qara kostyumlu, qırmızı qalstuklu bu cənablar Cənubi Koreyadan olan iş adamlarıdı. Sağ əllərini ürəklərinin üstünə qoyaraq qonaqlarının hər birinin qarşısında əyilib təzim edir və nəzakətlə ziyafət zalına keçməyimizi xahiş edirlər. Burada isə qonaqları vəzifəcə və statusca o cənablardan daha üstün olan başqa biri - dünyanın nəhəng avtomobil brendi “KİA”nın CEO-su və vitse-prezidenti qarşılayır. Yenə eyni qaydada, əyilib təzim etməklə...
***
Koreyalıların qonaqları qarşısında təzim etməsinin onlarda xüsusi bir ehtiram qaydası olduğunu sonradan öyrənirəm. Amma bunadək bu millət barəsində hələ Bakıda eşitdiklərimi xatırlayıram. Necə olur koreyalılar? Biz onları daha çox çalışqan, enerjili, cəfakeş insanlar kimi tanıyırıq. Danışılanlar arasında diqqətimi bir məqam daha çox çəkir. Bu gün bəzi yaşlı koreyalıların alınlarının ortalarında yanıq izinə rast gəlmək olur. Bu iz onlarda 1950-60-cı illərdən qalıb. O dövrün kasıb koreyalıları işığa həsrət qaldıqları vaxtda gecələr şam işığında, alınlarının yanması bahasına olsa belə, kitab oxuya-oxuya savadlanıb, maarifləniblər. Və zaman gəlib, həm də bu fədakarlıqları, o şam işığında özlərinə, canlarına fiziki əziyyət, həm də işgəncə verə-verə ölkələrini qaranlıqdan aydınlığa çıxarıblar. Koreya Respublikasının bu gün dünyanın iqtisadi nəhənglərindən biri olmasına artıq heç kimin şübhəsi yoxdu, ola bilməz...
KİA-ın rəsmi ziyafətindən sonra
Sürdüyümüz brend avtomobillərdən, danışdığımız mobil telefonlara, evimizdəki televizorlara qədər və s. hamısı məhz bu xalqın, o dövlətin dünyaya bəxş etdikləridi. Amma iqtisadi tərəfdən hər nə qədər güclənsələr də, sadə ifadə etsək, bir zamanlar pul görməyib sonra varlansalar da, bu millət sadəliyini, kübarlığını, nəzakətini və istiqanlılığını qətiyyən itirməyib. Koreyalıları onları yaxından tanıyanlara sevdirən də elə bu keyfiyyətləri olub.
Gərək, qonaqpərvəliklərinə...
Koreyalılar barəsində eşidənə qədər özümüzün (həm də qonşu gürcülərin) qonağa xüsusi münasibət mənasında azsaylı örnək xalqlardan biri olduğuna şübhə yox idi. Amma demə, koreyalılar bu məsələdə belə bizi bir xeyli geridə qoyublar. Bizdə insanlar maddi imkanlarından asılı olaraq qonaq üçün 4, 5, bəzən 10 fərqli yemək hazırlaya bilərlər. Koreyalılarda isə bu rəqəm 15-20-yə çata bilər. Və onlar – sadə insanı da, yaxud varlı iş adamı, şirkəti də hər şeyin ən yüksək səviyyədə olmasına çalışırlar.
İndi də bir balaca “KİA Motors”un timsalında Koreya insanının qonağa göstərdiyi diqqəti konkret faktlarla sadalayaq.
Öncə onu qeyd edim ki, peşə fəaliyyətimlə əlaqədar indiyədək Avropanın bir çox ölkəsində fərqli dəvətlərlə səfərdə olduğumdan müqayisə etmək imkanı da rahatdı. Bu mənada, “KİA Motors”un təşkilatçılığı yaxşı mənada az-az istisnalardandı. Nədir o istisnalar?
Lap əvvəldən, təyyarədən Rusiya paytaxtına ayağımızı basdığımız ilk andan başlayaq!
Bir. Hər bir ölkədən gələn qonağın (hər birindən iki nəfər olmaqla) aeroportda qarşılanıb, şəhərin mərkəzinə tələb olunan yerə çatdırılıması, səfər yekunlaşandan sonra da şəhərdən aeroporta aparılması üçün 2018-in istehsalı müxtəlif modelli KİA avtomobilləri ayrılır.
İki. Moskvanın mərkəzində 5 ulduzlu otelin, rəsmi tədbirlərin olmadığı günlər üçün yemək xərcini də şirkət öz üzərinə götürür.
Üç. Açılış matçı üçün birinci kateqoriyadan olan ən baha bileti (birinin dəyəri 550 dollar) şirkət öz hesabından ödəyir.
Dörd. Yüksək səviyyəli şəhər gəzintisi, bahalı Moskvanın ən bahalı restoranlarında təşkil olunan ziyafətlər... Və o restoranlardan biri paytaxtın yeni simalarından olan “Moskva-Siti”nin düz 84-cü mərtəbəsindədi. Moskvanın ən hündür zirvəsində. Amma bu restoranın divarına qızıl su ilə yazılmış bir cümləni oxuyanda bir daha əmin olursan ki, əslində hansısa göydələnlərin ən üst qatı da hələ zirvə demək deyil.
Çünki...
“Выше только любовь!”
Hə, zirvədə olan yalnız sevgidi – təmannasız, saf və sadiq bir sevgi.
***
Və var həm də bir millət, dövlət sevgisi. Bəs, o sevgi necə olur? Təmiz olursan, təmiz işləyirsən, millətinə, dövlətinə sadəqətlə xidmət etməklə onun başını ucaldırsan. Və beləcə o insanlara, o insanların qurduğu dövlətlə sən ürəyində və xəyallarında dost olursan.
Adı Cənubi Koreyadır o dövlətin!
Aydın BAĞIROV
[email protected]
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi