“Sevilya”nın baş məşqçisi "Neftçi"nin oyunundan danışdı

“Sevilya”nın baş məşqçisi "Neftçi"nin oyunundan danışdı
GÜNDƏM 16 İyul 2018 / 12:55 6752
-  A +

“Neftçi” – “Uypeşt” oyununu izləmişəm. Hava çox isti idi. Ona görə də matçın tempi yüksək deyildi”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Sevilya”nın baş məşqçisi Pablo Maçin Avropa Liqasının 2-ci təsnifat mərhələsində potensial rəqibləri olan “Neftçi” və “Uypeşt”in ilk oyunu haqda danışarkən deyib.

İspaniyalı mütəxəssis “AS” nəşrinə açıqlamasında istənilən rəqiblə oyunun çətin keçəcəyini bildirib:
“İndi bilməliyik ki, səfərimiz hansı ölkəyə olacaq – Macarıstana, yoxsa Azərbaycana. Hər halda bütün oyunlar çətindir. Bizim üçün vacib olan odur ki, bu mərhələni keçək”.

Xatırladaq ki, Avroliqanın ilk təsnifat mərhələsində Bakıda keçirilən “Neftçi” – “Uypeşt” matçı təmsilçimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
 

Daha çox


Son xəbərlər
14.12.18  22:33

Roys birinci oldu

14.12.18  21:05

Yalquzaq

14.12.18  13:52

"Dəli"nin 28-ci klubu

14.12.18  01:11

14 tur, 18 futbolçu