"Hələ heç nə itirilməyib " - Amil Yunanov

"Hələ heç nə itirilməyib " - Amil Yunanov
MÜSAHİBƏ 16 İyul 2018 / 11:56 4966
-  A +

"Keşlə"nin hücumçusu Amil Yunanov Qol.az-a müsahibə verib. Avropa Liqasının birinci təsnifat mərhələsində Maltada "Baltsan"a 1:4 hesabı ilə məğlub olduqları oyunla bağlı fikirlərini bildirən futbolçu Yuri Maksimovla münasibətlərindən də danışıb.

- "Baltsan"la oyunda adın iştirak ərizəsində olsa da, meydana çıxmadın. Oynamamağın nə ilə bağlı idi?

- Səbəbini özüm də bilmirəm. Baş məşqçinin qərarı idi. Hörmətlə yanaşmaq lazımdır.

- Çoxları "Keşlə"nin səfərdə sərfəli nəticə qazanacağını gözləyirdi. Amma hər şey əksinə oldu. Səncə, komandanız niyə uduzdu?

- Futbolda belə şeylər olur. Ancaq hələ heç nə itirilməyib. Qarşıda cavab oyunu var. Həmin görüşə yaxşı hazırlaşıb, lazım olan nəticəni qazanmalıyıq.

- Bəlkə Malta təmsilçisini ciddiyə almadığınız üçün uduzdunuz...

- Xeyr, belə deməzdim. Əksinə, oyuna çox ciddi hazırlaşmışdıq. Sadəcə, rəqib bizi çox yaxşı analiz etmişdi. Ən əsası isə ələ düşən hər fürsətdən yararlandılar.

- Müşahidə Şurasının sədri Zaur Axundov da komanda ilə birlikdə Maltaya getmişdi. Məğlubiyyətdən sonra komandaya öz iradlarını bildirdi?

- Xeyr, heç nə demədi.

- Bəs Yuri Maksimovun məğlubiyyətə reaksiyası necə oldu?

- Heç nə. Dedi ki, hələ ikinci oyun var. Cavab qarşılaşmasına yaxşı hazırlaşmalı və istədiyimiz nəticəni qazanmalıyıq.

- Qarşıdakı 1 ildə bu məşqçinin başçılığı altında oynayacaqsan. Artıq bir müddətdir birlikdəsiniz. Ukraynalı mütəxəssislə işləmək necədir?

- Hələ ki, hər şey normaldır. Münasibətlərimiz də qaydasındadır. Görək, gələcək nə göstərəcək.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər