"Qəbələ" "Proqres"lə oyuna hazırlaşır

"Qəbələ" "Proqres"lə oyuna hazırlaşır
XƏBƏR 14 İyul 2018 / 17:32 1578
-  A +

UEFA Avropa Liqasında mübarizə aparan “Qəbələ” 1-ci təsnifat mərhələsinin cavab oyununun hazırlıqlarını davam etdirir.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Lüksemburqun “Proqres” klubu ilə Qəbələ şəhər stadionunda keçirilən ilk qarşılaşmadan (0:2) sonra iyulun 19-dakı matça hazırlaşır.

Komanda  iyulun 13-də Qəbələdə məşq edib. Futbolçular bərpaedici hazırlıq keçib. Ardınca Bakıya yollanan “qırmızı-qaralar” bugünkü hazırlığını paytaxtda gerçəkləşdirib. Sənan Qurbanovun komandası məşq prosesini günün ilk yarısında gerçəkləşdirib. Futbolçular öncə fiziki, ardınca toplu çalışmaları yerinə yetirib.

Xatırladaq ki, iyulun 19-da keçiriləcək “Proqres” – “Qəbələ” matçı Lüksemburqun Differdanj şəhərində baş tutacaq.

Son xəbərlər