"Sevilya" qapıçısını satdı

"Sevilya" qapıçısını satdı
XƏBƏR 14 İyul 2018 / 12:10 3614
-  A +

"Sevilya" qapıçısı David Soriyanı "Hetafe"yə satıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ispan qolkiperlə 4 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən, "Sevilya" ən yaxın 2 mövsüm ərzində təzminat ödəyib qapıçını geri qaytara biləcək.

Qeyd edək ki, D.Soriya ötə mövsüm 15 matçda 18 top buraxıb.

Xatırladaq ki, “Sevilya” Avropa Liqasında “Neftçi”nin potensial rəqibidir.


Son xəbərlər