"Bütün problemi Messinin çiyinlərinə qoymaq olmaz" - Maradona

"Bütün problemi Messinin çiyinlərinə qoymaq olmaz" - Maradona
GÜNDƏM 13 İyul 2018 / 13:23 3097
-  A +

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona milli komandanın DÇ-2018-dəki uğursuz çıxışına görə tənqid hədəfinə çevrilən Lionel Messini müdafiə edib.

Qol.az-ın "A Bola" nəşrinə istinadən yaydığı xəbərə görə, veteran futbolçu baş verənlərə görə təkcə yığmanın kapitanının günahlandırılmasını düzgün hesab etmədiyini bildirib:

"Bütün problemləri Messinin çiyinlərinə qoymaq olmaz. O, təkbaşına qol vurmalı, ötürmə verməli, yoxsa rəqibdən top almalıdır? Belə futbol olmur. Bizə əsl komanda lazımdır. Problemə Messidə deyil, ümumilikdə kollektivin sərgilədiyi oyunun səviyyəsindədir".

Qeyd edək ki, Argentina dünya çempionatının 1/8 final mərhələsində Fransaya 3:4 hesabı ilə uduzaraq, mundialla vidalaşmışdı.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı