Skarlatake "Baltsan"a qarşı niyə oynamayıb?

Skarlatake "Baltsan"a qarşı niyə oynamayıb?
GÜNDƏM 13 İyul 2018 / 11:46 2904
-  A +

"Keşlə"nin müdafiəçisi Adrian Skarlatakenin Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda "Baltsan"a qarşı oynamamasının səbəbi bilinib.

Klubdan Qol.az-a verilən məlumata görə, rumıniyalı futbolçu matçdan bir gün əvvəl böyrəyində ağrı olduğunu əsas gətirərək, meydana çıxmaq istəmədiyini bildirib. Belə olan halda baş məşqçi Yuri Maksimov aparıcı müdafiəçinin adını oyunun 18-liyinə daxil etməyib.

Qeyd edək ki, "Keşlə" dünən Maltada "Baltsan"a 1:4 hesabı ilə uduzub.

Daha çox


Son xəbərlər