İquain "Çelsi"yə keçməyə razılıq verdi - iddia

İquain "Çelsi"yə keçməyə razılıq verdi - iddia
XƏBƏR 12 İyul 2018 / 18:00 3337
-  A +

"Yuventus"un hücumçusu Qonsalo İquain karyerasını İngiltərədə davam etdirəcək.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı forvard “Çelsi”yə keçməyə razılıq verib. İtaliyalı jurnalistlər Kriştiano Ronaldonun transferi üçün 100 milyon avro xərcləyən Turin klubunun əlavə xərcdən qaçmaq üçün təcrübəli futbolçunu buraxmağa məcbur olduğunu yazıblar. İddiaya görə, “Yuventus” İquainin satışından 55 milyon avro qazanacaq.

Qeyd edək ki, İquainin “Çelsi”də illik 7 milyon avro məvacib alacağı söylənilir. Müqavilənin müddəti barədə isə hələlik məlumat verilmir

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord