Ronaldonun "Yuventus"dakı forma nömrəsi bilindi

Ronaldonun "Yuventus"dakı forma nömrəsi bilindi
XƏBƏR 12 İyul 2018 / 11:42 5782
-  A +

"Real"ın sabiq hücumçusu Kriştiano Ronaldonun yeni klubu "Yuventus"da çıxış edəcəyi forma nömrəsi müəyyənləşib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 33 yaşlı hücumçu bu dəfə də 7 nömrəli forma geyinəcək.

Bu nömrəli forma ilə Xuan Kuadrado çıxış edirdi. X.Kuadrado "İnstaqram" hesabı vasitəsi ilə K.Ronaldoya uğurlar arzulayıb: "Bu formanı ona vermək xoşdur. Ronaldoya yeni macərasında uğurlar arzulayıram".

Qeyd edək ki, K.Ronaldo sabiq klubları "Mançester Yunayted" və "Real"da da 7 nömrəli forma geyinirdi.




 

Daha çox


Son xəbərlər