“Neftçi”dən əzmkar qələbə

“Neftçi”dən əzmkar qələbə
ÖLKƏ FUTBOLU 12 İyul 2018 / 22:49 14750
-  A +

“Neftçi” bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Qol.az xəbər verir ki, paytaxt təmsilçisi Bakıda Macarıstan təmsilçisi “Uypeşt”lə qarşılaşıb.

Saat 21:00-da başlayan qarşılaşma yeni baş məşqçisi Roberto Bordinin “Neftçi”də ilk rəsmi oyunu idi. Görüşdə hesabı qonaqlar açsa da, "Neftçi" üstünlüyü ələ alaraq 3:1 hesablı qələbə qazanıb.

Xatırladaq ki, “Neftçi” bu rəqibini keçsə, 2-ci təsnifat mərhələsində İspaniyanın “Sevilya” klubu ilə
qarşılaşacaq.


12 iyul

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

21:00. “Neftçi” (Azərbaycan) – “Uypeşt” (Macarıstan) - 3:1
Qollar:
Daniel Naqu, 9 (0:1), Baqali Dabo, 23 (1:1), 71 (2:1), Emin Mahmudov, 90+3 (3:1)
Hakimlər: Dennis Yohan Hiqler, Yoost van Zuilen, Yohan Balder, Siemen Mulder (hamısı Hollandiya)
Bakı. “Dalğa Arena”

 

Daha çox


Son xəbərlər