"Gücümüz nəyə çatırsa, onu da etməyə çalışacağıq" - Fariz Nəcəfov

"Gücümüz nəyə çatırsa, onu da etməyə çalışacağıq" - Fariz Nəcəfov
ÖLKƏ FUTBOLU 11 İyul 2018 / 20:28 2375
-  A +

"Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Lüksemburq "Proqres”i ilə oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

- Komanda sabah yeni və cavan baş məşqçisi ilə ilk Avropa Liqası matçına çıxacaq. Onun avrokuboklarda təcrübəsiz olması sizdə hər hansı bir narahatlıq yaradırmı?

- Bu barədə heç bir narahatlığımız yoxdur. Komandada bəzi dəyişikliklər olub. Dəyişikliklər həm məşqçi, həm də futbolçular baxımından reallaşıb. "Qəbələ”yə yeni cəlb olunan futbolçular da mövcuddur. Ona görə fərqli olacağını gözləyirik. İstənilən halda potensialımız nəyə çatırsa, ona uyğun çıxış etməyə çalışacağıq.
 
- Komandanın kapitanı Cavid Hüseynovun olmamağını ciddi itki hesab etmək olarmı?

- Kimin olub-olmamağı bizdən asılı olmayan səbəbdir. Əlimizdə olan futbolçulardan maksimum dərəcədə istifadə etməyə çalışacağıq. Cavid komandanın aparıcı futbolçusudur, həm də kapitanıdır.
 
- İlk oyunda qələbə vacib amildir. Bu matçda hansı nəticəyə ümid edirsiniz?

- Mən proqnoz verməyi xoşlamıram. Oyunun nəticəsi ilə bağlı əvvəlcədən danışmamışam. Amma əsas məsələ odur ki, iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksələn komanda biz olaq. Rəqib ötən mövsüm Şotlandiyanın "Reyncers” klubunu mübarizədən kənarlaşdırıb. Bu qarşılaşmalara maksimum dərəcədə məsuliyyətlə yanaşmalıyıq.
 
- Komandanın əsas hədəfi Avropa Liqasının qrupuna düşməkdir?

- Biz iki mövsüm ardıcıl olaraq qrupa düşəndə fərqli heyətlərlə mübarizə aparmışıq.Yeni qurulan komanda nadir hallarda uğur qazana bilir. Komandada kifayət qədər ciddi dəyişiklər var. Gücümüz nəyə çatsa, onu da etməyə çalışacağıq.
 
- Sabahkı matçda klub prezidenti Taleh Heydərov iştirak edəcəkmi?

- Bu barədə məlumatım yoxdur. Ölkə xaricində idi. Dəqiq bilmirəm (sportnet.az).

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi