"Qarabağ"ın oyununu buradan izləyin

"Qarabağ"ın oyununu buradan izləyin
GÜNDƏM 11 İyul 2018 / 14:00 15682
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Olimpiya" ilə Sloveniyada keçirəcəyi oyunun yayım məsələsini həll edib.

Bu barədə Qol.az-a Ağdam təmsilçisinin meneceri Asif Əsgərov məlumat verib. O bildirib ki, görüşü klubun rəsmi saytı vasitəsilə yayımlayacaqlar:

"Artıq bununla bağlı "Olimpiya" klubundan razılıq almışıq. Lyüblyanadakı oyunu heç bir telekanal göstərməsə də, qarşılaşmanın "Dailymotion" üzərindən canlı yayımını təşkil edəcəyik. Matçı yalnız Azərbaycan, Türkiyə və Rusiyadan izləmək mümkün olacaq".

Qeyd edək ki, "Olimpiya" - "Qarabağ" oyununu start fitindən etibarən bu linkdən (https://www.dailymotion.com/video/x6o9qc5) izləyə bilərsiniz.

Xatırladaq ki, bu gün Sloveniyanın paytaxtı Lyublyanadakı "Stojitse" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Daha çox


Son xəbərlər