“Oyunçularımla fəxr edirəm" - Roberto Martines

“Oyunçularımla fəxr edirəm" -  Roberto Martines
DÇ-2018 11 İyul 2018 / 11:41 3213
-  A +

“Oyunçularımla fəxr edirəm. Onlar qələbə üçün hər şeyi etdilər. Məğlubiyyəti qəbul edib, Fransa millisini təbrik etmək lazımdır”.

Qol.az-ın məlumatına görə, bu sözləri Belçika millisinin baş məşqçisi Roberto Martines DÇ-2018-in yarımfinalında Fransaya uduzduqları (0:1) oyundan son keçirdiyi mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis görüşü belə şərh edib: “İkinci hissəyə yaxşı sürətlə başlamışdıq. Qolu buraxana qədər üstün durumda idik. Fransa Qrizmann və Mbappenin hesabına əks-hücumda oynayırdı. Biz isə onlarla bərabər mübarizə aparırdıq. Müdafiə xəttimizin oyunundan razı qaldım. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq”.

R.Martines Belçika millisindəki gələcək taleyi ilə bağlı sualı da cavablandırıb: “Bu barədə danışmaq tezdir. Qarşıda oyunumuz var. Üçüncü yer uğrunda mübarizə aparacağıq. Gələcək nəsilə baxmaq, daha güclü olmaq lazımdır".

Daha çox


Son xəbərlər