"Spartak" və "Ludoqorets"dən qələbə, APOEL uduzdu

"Spartak" və "Ludoqorets"dən qələbə, APOEL uduzdu
DÜNYA FUTBOLU 12 İyul 2018 / 02:06 8077
-  A +

Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Qol.az xəbər verir ki, ikinci oyun günündə daha 8 görüş keçirilib.
 
Oynanılan qarşılaşmalar arasında azərbaycanlı futbolsevərlər üçün daha çox “Qarabağ”ın çıxışı maraq doğururdu. Azərbaycan çempionu Sloveniyada bu ölkənin çempionu “Olimpiya”nın qonağı olub və 1:0 hesabı ilə qalib əlib.

Ağdam klubunun II təsnifat mərhələsindəki mümkün rəqibləri “Kukesi” və “Valletta” qarşılaşıb. Görüş qolsuz bərabərliklə nəticələnib.

Çempionlar Liqası I təsnifat mərhələsi

İlk oyunlar

“Astana” (Qazaxıstan) - “Sutyeska” (Monteneqro) - 1:0
Qol:
Murtazayev, 29 (pen.)

“Spartak” (Slovakiya) - “Zrinski” (Bosniya və Herseqovina) - 1:0
Qol
: Jirka, 79

“Suduva” (Litva) - APOEL (Kipr) - 3:1
Qollar:
Kikiliya, 9, 13, 19 - Kayu, 90+4

“Spartak” (Latviya) - “Srvena Zvezda” (Serbiya) - 0:0

“Ludoqorets” (Bolqarıstan) - “Kruzaders” (Şimali İrlandiya) - 7:0
Qollar:
Marselinyo, 25, 66; Braun, 40-avtoqol, Keseru, 53; Şverçzok, 73, 78, 80

“Kukesi” (Albaniya) - “Valletta” (Malta) - 0:0

“Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan) - 0:1
Qol:
Donald Gerye, 79

“Valyur” (İslandiya) - “Rusenborq” (Norveç) - 1:0
Qol
: Siqurbyornsson, 84


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı