"Yuventus" Ronaldonun keçidinin detallarını açıqladı

"Yuventus" Ronaldonun keçidinin detallarını açıqladı
DÜNYA FUTBOLU 10 İyul 2018 / 22:35 7434
-  A +

“Yuventus” Kriştiano Ronaldonun keçidinin detallarını açıqlayıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, portuqaliyalı futbolçunun transferi “qoca sinyora”ya 112 milyon avroya başa gəlib. Bu məbləğin 100 milyonu “Real”a çatacaq. 5 milyon avro futbolçunun 12 yaşından 23 yaşına kimi çıxış etdiyi klublar arasında bölüşdürüləcək. Yerdə qalan 7 milyon isə digər əməliyyatlara xərclənəcək.

“Yuventus”la 4 illik müqavilə bağlayan 33 yaşlı forvardın illik qazancı isə 31 milyon avro olacaq.

Qeyd edək ki, 2009-cu ildən “Real”da çıxış edən Ronaldo “kral klubu”nda keçirdiyi 438 oyunda 451 qol vurub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın