“Real”da, Madriddə keçirdiyim illər həyatımın ən xoşbəxt anlarıdır. Bütün bunlara görə kluba minnətdarlığımı bildirirəm. Mənə göstərdikləri sevgiyə görə hər kəsə təşəkkür edirəm”.
Qol.az xəbər verir ki, bu sözləri Kriştiano Ronaldo “Real”ın rəsmi saytına açıqlamasında deyib. Bu gün “Kral klubu”ndan ayrılması və “Yuventus”a keçəcəyi rəsmiləşən futbolçu təəssüratlarını bölüşüb:
“Buna baxmayaraq, hesab edirəm ki, həyatımda yeni səhifə açmağın vaxtı çatmışdı. Buna görə də klubdan məni buraxmasını xahiş etdim. Mən belə hiss edirəm və hamıdan, xüsusilə də azarkeşlərdən məni başa düşmələrini istəyirəm. Bu 9 ildə onlar həqiqətən mənə möhtəşəm dəstək oldular. Burada onlarla 9 gözəl il keçirdim. Mənim üçün həyəcanverici, bir o qədər də ağır dönəm oldu. Çünki “Real”ın hədəfləri yüksəkdir və səndən çox şey tələb edirlər. Amma çox yaxşı bilirəm ki, burada futboldan tam fərqli zövq aldım”.
Komanda yoldaşları haqda danışan Ronaldo qazandığı uğurlarda onların da rolunun olduğunu bildirib: “Mənim həm meydanda, həm də paltardəyişmə otağında mükəmməl komanda yoldaşlarım var idi. Onların inanılmaz mehribanlığını hiss etdim və biz birlikdə ardıcıl 3, 5 ildə isə 4 çempionluq qazandıq. Onların sayəsində 4 dəfə “Qızıl top”, 3 dəfə isə “Qızıl buts” mükafatına layiq görüldüm. Bütün bunları mən bu böyük və qeyri-adi klubda qazandım.
“Real” mənim və ailəmin qəlbini fəth etdi. Məhz bu səbəbdən kluba, onun prezidentinə, direktoruna, komanda yoldaşlarıma, bütün texniki işçilərə, həkimlərə, fizioterapevtlərə və ümumilikdə işçilərə öz təşəkkürümü bildirirəm. Azarkeşlərimizə sonsuz minnətdaram. Həmçinin İspaniya futboluna “sağ ol” deyirəm. 9 maraqlı il ərzində qarşımda hər zaman əla futbolçular oynadı.
Çox düşündüm və bilirəm ki, karyeramda yeni mərhələ üçün vaxt yetişib. Gedirəm, amma burda olmasam da, bu forma, “Santyaqo Bernabeu” stadionu əbədi olaraq qəlbimdə və yaddaşımda qalacaq. Hamınıza təşəkkür edir, 9 il öncə ilk dəfə bu stadionda işlətdiyim sözü deyirəm: “Hala Madrid”.
Qeyd edək ki, “Real” bu gün Ronaldonun “Yuventus”a keçəcəyini təsdiqləyib.
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"
Bu mövsümün sonunda "Çelsi"dən ayrılacaq
Azərbaycan şahmatçısından maksimum nəticə
Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir
"İnter"in çempion olduğu Milan derbisi - Video
"Fənərbaxça" Sivasda büdrədi - Video
La Liqada 32-ci tur yekunlaşdı
“İnter” çempionluğunu rəsmiləşdirdi
"Roma" öz meydanında uduzdu - Video
Diniyev - Şeydayev qarşıdurmasında kim sevindi?
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu