Ronaldo "Yuventus"da - "Real" rəsmən açıqladı

Ronaldo "Yuventus"da - "Real" rəsmən açıqladı
DÜNYA FUTBOLU 10 İyul 2018 / 19:50 9979
-  A +

“Real”ın hücumçusu Kriştiano Ronaldo karyerasını “Yuventus”da davam etdirəcək.

Qol.az-ın ispan klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, İtaliya nəhəngi portuqaliyalı ulduzun keçidini həll edib. Yaxın günlərdə 33 yaşlı futbolçu ilə rəsmi müqavilə bağlanacaq.

Qeyd edək ki, Ronaldonun yeni klubu ilə 4 illik müqavilə bağlayacağı və ümumilikdə 120 milyon avro qazanacağı bildirilir. “Yuventus”un forvarda görə “Real”a 100 milyon avro ödəyəcəyi iddia olunur.

Xatırladaq ki, Ronaldo “Real”a 2009-cu ildə “Mançester Yunayted”dən keçmişdi.

Son xəbərlər