"Fransa Belçika millisinə çox bənzəyir" - Roberto Martines

"Fransa Belçika millisinə çox bənzəyir" - <b style="color:red">Roberto Martines</b>
GÜNDƏM 10 İyul 2018 / 10:15 1528
-  A +

"Unikal imkanımız olacaq. Biz həyəcanlıyıq. Bütün Belçikaya 10-15 il ərzində edilənlərin hədər olmadığını sübut etmək istəyirik".

Qol.az-ın məlumatına görə, bu sözləri Belçika millisinin baş məşqçisi Roberto Martines DÇ-2018-in yarımfinalında Fransa ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, 90 dəqiqə ərzində diqqətli olmağa çalışacaqlarını bildirib: "Braziliya ilə oyunda komandamın çıxışdan məmnun qaldım. Ancaq indi ən vacibi Fransa ilə görüşdür. Braziliya ilə oyundan sonra arxayınlaşdıq? Dünya çempionatında bütün matçlar önəmlidir.  Bu səviyyədə rahatlaşa bilməzsinz. Fransa Belçika millisinə çox bənzəyir. 90 dəqiqə diqqətli oynamalıyıq. Əks təqdirdə, rqib bizi cəzalandıracaq"

R.Martines komandanın oyunçusu Kevin de Brüyne haqda da müsbət fikirlər  səsləndirib: "Braziliya ilə oyuna qədər Brüyneyə bir az haqsız münasibət var idi. O, Tunis və Panama ilə görüşlərdə də çox önəmli işlər görürdü. Amma Braziliya ilə oyunda bu qədər faydalı deyildi. De Brüynenin xüsusi keyfiyyətləri var. O, bütün rollarda yaxşı çıxış edir".

 

Daha çox


Son xəbərlər